Zahid Oruc: Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər

31 May 2024 12:54 (UTC+04:00)

Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.

“AzNews.az” xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: "Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır".