Azərbaycan Basketbol Federasiyasında yeni təyinat reallaşıb.
ABF-nin mətbuat xidmətindən verilən məlumata görə, Fərrux Mahmudov qurumda icraçı vitse-prezident kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Fərrux Mahmudov mayın 31-də "Neftçi"də baş icraçı direktor vəzifəsindən ayrılıb.