ABŞ və Ukrayna bu tarixdə təhlükəsizlik sazişi imzalayacaq

12 İyun 2024 21:35 (UTC+04:00)

İyunun 13-də ABŞ və Ukrayna təhlükəsizliklə bağlı saziş imzalayacaq

Aznews.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumata görə, ABŞ üzərinə Ukraynanı qorumaq üçün öz qoşunlarından istifadə etmək öhdəliyi götürməyəcək.

Bildirilib ki, Kiyev islahatlar aparmaq və aldığı silahlara nəzarət etmək öhdəliyini üzərinə götürəcək.