Argentina Ukrayna üzrə təmas qrupunun yeni üzvü olub

13 İyun 2024 20:01 (UTC+04:00)

Pentaqonun rəhbəri Lloyd Ostin Argentinanın Ukrayna üzrə təmas qrupunun yeni üzvü olduğunu açıqlayıb.

O, bunu Brüsseldə NATO-nun müdafiə rəislərinin görüşündə deyib.

"Mən Argentinanı (əlaqə qrupunun - red.) yeni üzvü kimi salamlamaqdan məmnunam", - deyə Ostin bildirib.

Bundan əlavə, o, əlavə edib ki, Ukraynaya əlavə dəstək verilməsinə icazə verən qanunun qəbulundan sonra ABŞ on minlərlə artilleriya mərmisi, minlərlə tank əleyhinə mina, yüzlərlə tank əleyhinə silah və əlavə hava hücumundan müdafiə qüvvələri tədarük edib.

Mövsüm

Aznews.az