İraqdakı qruplaşmalar İsrailin aviabazasına hücum etdiyini açıqlayıb

14 İyun 2024 14:00 (UTC+04:00)

İraqın İslami Müqaviməti tərkibindəki şiə qruplaşmaları İsrail Hərbi Hava Qüvvələrinin (HHQ) ölkənin şimalında yerləşən Ramat-David aviabazasına pilotsuz təyyarələrlə zərbələr endiriblər.

Müvafiq bəyanat qrupun rəsmi Teleqram kanalında yayılıb.

“Bu gün İraq İslam Müqaviməti döyüşçüləri düşmən qalalarının məhv edilməsi və Qəzza zolağının əhalisinə dəstək əməliyyatı çərçivəsində Ramat-David aviabazasına hücum edib”, - bəyanatda deyilir.

Mövsüm

Aznews.az