Füzulidə 822 ailəyə qurban payı veriləcək

16 İyun 2024 10:43 (UTC+04:00)

Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəliyinin dəstəyi, Ağdam, Füzuli və Xocavənd rayonlarında bərpa tikinti idarəetmə xidmətinin təşkilatçılığı ilə Füzuli şəhərində Qurban kəsimi aksiyası keçirilib.

“Report”un Qarabağ Bürosunun verdiyi məlumata görə, Füzulidə 822 ailəyə qurban payı veriləcək.

Qeyd edək ki, 16-17 iyun tarixlərini əhatə edən Qurban bayramı günlərində işğaldan azad edilmiş Zəngilan rayonunun Ağalı, Ağdərə rayonunun Talış kəndlərində, həmçinin ilk dəfə olaraq Şuşa, Füzuli və Laçın rayonlarında qurbanlıq heyvanların kəsimi və satışı təşkil edilib.