Yəməndə İranın dəstəklədiyi husilər Qırmızı dəniz və Oman dənizində 2 gəmini və bir ABŞ esminesini raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurduqlarını açıqlayıblar.
Husilərin "Əl-Mesirah" televiziya kanalına danışan Hərbi sözçüsü Yəhya Seri, "Qırmızı dəniz və Oman dənizində 3 hərbi əməliyyat keçirdik",- deyə qeyd edib.
Qırmızı dənizdə ABŞ esminesinin ballistik raketlərlə, “Kapitan Paris” adlı gəminin isə dəniz raketləri ilə hədəf alındığını qeyd edən Seri, Oman dənizində “Happy Condor” adlı gəminin PUA-larla vurulduğunu bildirib.
Mövsüm
Aznews.az