Tayvanın Müdafiə Nazirliyi Çinlə müharibə istəmədiyini bildirib

17 İyun 2024 18:02 (UTC+04:00)

Tayvan heç vaxt Çinlə müharibə istəməyib, Taypey yalnız müdafiə imkanlarını artırır.

Bu barədə adanın müdafiə naziri Qu Lixionq məlumat verib.

“Biz heç vaxt müharibə istəmirdik. Bizim bütün strategiyamız müdafiə əməliyyatları və çoxsəviyyəli çəkindirmə prinsipinə əsaslanır”,- deyə Qu Lixionq qeyd edib.

Eyni zamanda, müdafiə departamentinin rəhbəri Pekinin ordusunu gücləndirdiyini və sularında hərbi fəaliyyət və təhdidlər vasitəsilə Tayvan boğazındakı status-kvonu dəyişməyə çalışdığına işarə edib.

Mövsüm

Aznews.az