Paşinyan ABŞ dövlət katibinin müavini ilə Bakı və İrəvan arasında sülh prosesini müzakirə edib

18 İyun 2024 17:49 (UTC+04:00)

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin müavini Riçard Vermanı qəbul edib.

Aznews.az xəbər verir ki, bu barədə “Sputnik-Armeniya” məlumat yayıb.

Görüşdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar, iki ölkənin sərhədlərinin delimitasiyası prosesi, “Dünyanın kəsişməsi” layihəsi müzakirə olunub.