9. Xaricdə tətillər zamanı yerindən asılı olaraq lazımi peyvəndlər edilməlidir. Ən çox ağla gələn infeksiyalar səyahətçi ishali, malyariya, sarı qızdırma, vəba, hepatit A və B, tif, pnevmoniya, qripdir. Peyvənd seçimi səyahət ediləcək ölkə, şəxsin immun statusu, əvvəlki peyvəndlər, baş verərsə infeksiyanın şiddəti və peyvəndin əks təsirləri nəzərə alınmaqla həyata keçirilir.
10. Uzaq məsafəyə səfərlər zamanı uzun müddət hərəkətsizlik nəticəsində ayaqlarda laxtalanma tez-tez rast gəlinən problemdir. Bu vəziyyət xüsusilə yaşlılarda, ürək xəstəliyi və ya şəkərli diabeti olan insanlarda rast gəlinir və təhlükəli hal ala bilər. Odur ki, laxtalanma əleyhinə dərmanlarla bu halların qarşısı alınmalıdır./medicina.az