İspanlar qələbəni italyanla təmin etdi - AVROPA ÇEMPİONATI

21 İyun 2024 08:30 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində İspaniya və İtaliya milliləri üz-üzə gəlib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda ispanlar minimal hesabla rəqiblərini üstələyib - 1:0.

Oyunun 55-ci dəqiqəsində italyanların heyətində Rikardo Kalafyori topu öz qapısına vurub.

Bununla da İspaniya yığması qrupundakı xallarının sayını 6-ya çatdıraraq 1/8 final mərhələsini təmin edib.