Ağstafada toyda zəhərlənənlərin sayı artıb.
Aznews.az xəbər verir ki, Ağstafa rayonunda yerləşən şadlıq saraylarından birində keçirilən toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.
Ağstafada toy mərasimində zəhərləndiyi deyilən bəzi şəxslərin kimliyi məlum olub.
Zəhərlənənlər:
2008-ci il təvəllüdlü N.Həsənov,
2010-cu il təvəllüdlü S.Quliyev,
1986-cı il təvəllüdlü K.Quliyeva,
1982-ci il təvəllüdlü S.Ələsgərova,
2007-ci il təvəllüdlü N.Həsənov,
1999-cu il təvəllüdlü İ.Hüseynov,
1995-ci il təvəllüdlü S.Məmmədlidir.