Türkiyə qanımızı qaraltdı - Avropa Çempionatı

23 İyun 2024 08:31 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin ikinci turu çərçivəsində Türkiyə və Portuqaliya milliləri üz-üzə gəlib.

APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən oyunda Portuqaliya 3 cavabsız qolla qalib gəlib.

Oyunun 21-ci dəqiqəsində Bernardo Silva hesabı açıb. Matçın 28-ci dəqiqəsində Metin Akaydın topu öz qapısına vurub.

Qarşılaşmanın yekun qolunu 55-ci dəqiqədə Bruno Fernandeş reallaşdırıb