Belçika XİN: Aİ Rusiya aktivlərindən əldə edilən mənfəətin istifadəsi ilə bağlı razılığa gəlib

24 İyun 2024 12:34 (UTC+04:00)

Belçikanın xarici işlər naziri Aja Labib bildirib ki, Aİ ölkələri Rusiyanın dondurulmuş aktivlərindən əldə edilən gəlirlərin Ukraynaya kömək etmək üçün istifadəsinə dair razılığa gəliblər.

"Rusiyanın dondurulmuş aktivləri ilə bağlı razılıq əldə olunub" deyə o, Avropa xarici işlər nazirlərinin görüşündən əvvəl mətbuata münasibət bildirərkən deyib.

Video Aİ Şurasının saytında dərc olunub.

Mövsüm

Aznews.az