II Yelizavetanın qızı Şahzadə Anna beyin sarsıntısı ilə xəstəxanaya yerləşdirilib

24 İyun 2024 18:04 (UTC+04:00)

II Yelizavetanın qızı Şahzadə Anna beyin silkələnməsi ilə xəstəxanaya yerləşdirilib.

Bu barədə Bukingem Sarayı elan edib.

Britaniyanın "The Guradian" nəşri Bukingem sarayından sitat gətirib : "Şahzadə dünən gecə Gatcombe Parkında baş verən insident nəticəsində yüngül xəsarətlər və beyin sarsıntısı keçirib".

Xəstəxananın həkimləri 73 yaşlı şahzadəyə beyin silkələnməsi diaqnozu qoyub, yüngül xəsarətlər də aşkarlanıb.

Mövsüm

Aznews.az