Avstriya lider olub, Fransa 2-ci, Niderland 3-ci yeri tutub

25 İyun 2024 23:59 (UTC+04:00)

AVRO-2024-ün D qrupunda III turun oyunları keçirilib.

Aznews.az TurkicWorld-a istinadən xəbər verir ki, gözlənilərin əksinə Avstiya qrupu lider mövqeyində bitirib.

İlk pillədə qərarlaşan Niderland Avstriyaya 2:3 hesabı ilə uduzub. Digər oyunda Fransa sonuncu pillədə qərarlaşan Polşa ilə bacarmayıb. Mbappe penaltidən hesabı açsa da, Levandovski də "ağ nöqtə"dən fərqlənib.

Qeyd edək ki, bu gün C qrupunda da son turun matçları keçiriləcək.

AVRO-2024

Qrup mərhələsi, III tur
25 iyun, D qrupu

20:00. Niderland – Avstriya - 2:3
Qollar:
Kodi Qapko, 47. Memfis, Depay, 78 - Doniell Malen, 6 (öz qapısına). Romano Şmid, 59
Baş hakim: İvan Krujlyak (Slovakiya)
Berlin Olimpiya Stadionu