Rusiyada sərnişin qatarı relsdən çıxıb: 50 nəfər xəsarət alıb

27 İyun 2024 12:26 (UTC+04:00)

Rusiyanın Komi Respublikasının Vorkuta şəhərindən Novorossiysk istiqamətində hərəkət edən sərnişin qatarının 9 vaqonu relsdən çıxıb.

Hadisə yerinə çoxlu axtarış-xilasetmə qrupu və təcili yardım maşınları göndərilib.

50 yaralıdan 7-nin vəziyyəti ağırdır

Səhiyyə Nazirliyi ilkin məlumatlara görə, təxminən 50 nəfərin yaralı olaraq vaqondan çıxarıldığını, yaralılardan 7-nin vəziyyətinin ağır olduğunu açıqlayıb.

Rusiya İstintaq Komitəsi vaqonların relsdən çıxması ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

İlkin təsbitlərə görə, relslərin güclü yağışlar nəticəsində zədələndiyi və qəzanın bu səbəbdən baş verə biləcəyi vurğulanır.

Mövsüm

Aznews.az