“Biz alimlər qida və vitamin əlavələri qəbul etməyi məsləhət görmürük. Çünki bitki mənşəli müalicələrdə dozanı tənzimləmək çətindir. Böyrəklərin zərərli maddələri xaric etməkdə çətinlik çəkdiyi hallarda toksik təsir ehtimalı artır və böyrəkləri yorur.
Bədənin ehtiyacından artıq qəbul edilən vitaminlər və digər əlavələr bədəndən xaric oluna bilmədiyi üçün zamanla daş əmələ gəlməsinə səbəb ola, hormonların istehsalını maneə törədə və balanssızlıq yarada bilər”, - deyə professor bildirib.