Bakıda gənc oğlanın xəsarət alması ilə nəticələnən yol qəzası olub

29 İyun 2024 09:00 (UTC+04:00)

Bakıda 17 yaşlı gəncin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Aznews.az xəbər verir ki, Xətai rayonunda iki avtomobilin toqquşması nəticəsində 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Fakt araşdırılır.