İsveçrə millisi İtaliyanı məğlub edərək 1/4 finala yüksəlib

29 İyun 2024 22:31 (UTC+04:00)

Futbol üzrə Avropa çempionatının qrup mərhələsində bu gün 1/8 final oyunlarına start verilib.

Günün ilk matçında İsveçrə və İtaliya yığmaları üz-üzə gəlib.

AVRO-2024

1/8 final

29 iyun

20:00. İsveçrə - İtaliya 2:0

Qol: Remo, 37. Varqas, 46

Baş hakim: Şimon Marçinyak (Polşa).

Berlin, Olimpiya stadionu.