Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi gözlənilir

1 İyul 2024 10:38 (UTC+04:00)

Türkiyə ilə Suriya arasında terrorçuluğa qarşı birgə əməkdaşlığın güclənməsi gözlənilir.

“Aznews.az” xəbər verir ki, bu barədə “Yeni Şafak”da dərc olunan “PKK-ya qarşı iki addım daha” sərlövhəli məqalədə yazılıb.

Bildirilib ki, birgə əməkdaşlıq çərçivəsində yeni addımların atılması gözlənilir.

Qeyd olunub ki, Türkiyə və Suriya arasında artan əməkdaşlıq ABŞ-nin regiondakı təsir imkanlarını zəiflədəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl Ankara ilə Dəməşq arasında münasibətlərin bərpasına mane olan amilin olmadığını bəyan edib.