KİV Gürcüstanda hərbi helikopterin qəzaya uğraması ilə bağlı xəbər yayıb

2 İyul 2024 14:49 (UTC+04:00)

Gürcüstanda hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə "İnfo Rustavi" portalı məlumat yayıb.

Bildirilib ki, qəza Bolnisi bələdiyyəsinin Disveli kəndində baş verib.

Kənd merinin nümayəndəsi Zurab Şainidze bildirib ki, bir pilot həlak olub.

Digər təfərrüatlar dəqiqləşdirilir.

Mövsüm

Aznews.az