Ararat Mirzoyan sabah Gürcüstana rəsmi səfər edəcək

2 İyul 2024 20:09 (UTC+04:00)

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan sabah Gürcüstana rəsmi səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan XİN məlumat yayıb.

Onun gürcüstanlı həmkarı İliya Darçiaşvili ilə görüşəcəyi vurğulanıb.