ABŞ Ukraynaya 2,3 milyard dollarlıq hərbi yardım paketi ayıracaq

2 İyul 2024 22:04 (UTC+04:00)

ABŞ Ukraynaya 2,3 milyard dollarlıq hərbi yardım paketi ayıracaq.

Aznews.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bunu ABŞ müdafiə naziri Lloyd Ostin açıqlayıb.

Pentaqon rəhbəri onu da bildirib ki, məsələ ilə bağlı müvafiq açıqlama yaxın vaxtlarda veriləcək.