Lukaşenko: NATO Belarusu müharibəyə sürükləmək istəyir

2 İyul 2024 23:59 (UTC+04:00)

NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir və Belarusu döyüşlərə sürükləmək istəyir.

Aznews.az “BELTA”-ya istinadən xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko Müstəqillik Gününə həsr olunmuş təntənəli iclasda bildirib.

“Mən sizə zəmanət verirəm ki, biz Ukrayna ilə sərhəddə heç bir toqquşmaya imkan verməyəcəyik. NATO Ukraynadakı müharibəni dayandırmaq istəmir və Belarusu döyüşlərə sürükləmək istəyir. Lakin biz buna imkan verməyəcəyik”, - dövlət başçısı vurğulayıb.