Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev və Çin Xalq Respublikasının sədri Si Cinpin onlayn şəkildə Astanada keçirilən Transxəzər marşrutu üzrə yüklərin buraxılması mərasimində iştirak ediblər.
Bu barədə Qazaxıstan liderinin saytında məlumat verilib .
“Qazaxıstan və Çin rəhbərləri onlayn olaraq Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə yük maşınlarının və dəmir yolu konteynerlərinin göndərilməsi mərasimində iştirak ediblər”, - məlumatda deyilir.
Tədbir iştirakçılarına Böyük İpək Yolu ilə tranzit uçuş haqqında videoçarx nümayiş etdirilib.
Mövsüm
Aznews.az