Ağ Ev Baydenin seçki yarışından geri çəkilmək niyyəti ilə bağlı xəbərləri yalan adlandırıb

3 İyul 2024 20:44 (UTC+04:00)

ABŞ-ın hazırkı prezidenti Co Baydenin seçki yarışından geri çəkilmək niyyəti ilə bağlı nəşrlər yalandır.

Bu barədə Ağ Evin mətbuat katibinin müavini Endryu Beyts iyulun 3-də X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.

“Bəyanat tamamilə yalandır. “The New York Times” bizə şərh vermək üçün yeddi dəqiqədən çox vaxt versəydi, biz bunu onlara deyərdik”, – Ağ Evin mətbuat katibinin müavini yazıb.

Mövsüm

Aznews.az