İranda seçki məntəqələrinin işi prezident seçkilərində səsvermə ilə əlaqədar ikinci dəfə iki saat uzadılıb.
Aznews.az-ın İSNA-a istinadən verdiyi məlumata əsasən, səsvermə yerli saatla 22:00-a qədər uzadılıb.
İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami bildlrib ki, səsvermə saatının uzadılması barədə çoxlu sayda çağırış olub və bu səbəbdən də müvafiq qərar qəbul edilib.
İranda növbədənkənar prezident seçkilərinin ikinci turunda səsvermə vaxtı iki saat uzadılıb.
Aznews.az TASS-a istinadən xəbər verir ki, bu barədə İslam Respublikasının Seçki Qərargahının nümayəndəsi Möhsün Eslami məlumat verib.
O bildirib ki, bütün seçki məntəqələrində səsvermə yerli vaxtla saat 20:00-a qədər uzadılıb.
Xatırladaq ki, iyulun 5-də İranda prezident seçkisinin ikinci turu keçirilir. Bu mərhələdə Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparır.