86 nəfərin deputatlığa namizədliyi irəli sürülüb, 10 nəfərin namizədliyi təsdiqlənib

6 İyul 2024 16:58 (UTC+04:00)

48 seçki dairəsindən 86 nəfər deputatlığa namizədlik üçün müraciət edib. İrəli sürülən namizədlərdən artıq 10 nəfər təsdiq olunub. Onlardan 2-nə imza vərəqləri verilib.

Aznews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Məzahir Pənahov deyib.

MSK sədri bildirib ki, onlar 450 imza toplamalıdır: “İmzaların toplanmasında problem olmamalıdır. Bu seçkilərdə bir nəfər bir neçə namizədə də imza ata bilər”.