İsrailin Qəzzaya hücumlarında ölənlərin sayı 38 min 153-ə yüksəlib

8 İyul 2024 20:50 (UTC+04:00)

Qəzzada səhiyyə orqanlarından verilən açıqlamada İsrailin hücumlarında son 24 saatda 55 nəfərin öldüyü, 123 nəfərin yaralandığı bildirilib.

Beləliklə, Fələstin-İsrail münaqişəsinin başladığı 2023-cü ilin oktyabrından bu yana ölənlərin ümumi sayı 38 153 nəfərə, yaralıların sayı isə 87 828 nəfərə çatıb.

Mövsüm

Aznews.az