Fransada seçkilərin qalibi olan Melenşon Fələstini tanımaq vədini təkrarlayıb

8 İyul 2024 20:52 (UTC+04:00)

Dünən Fransada ikinci turu keçirilən növbədənkənar ümumi seçkidə 4 sol partiyanın qurduğu ittifaq olan Yeni Xalq Cəbhəsinin ən böyük partiyası olan “Əyilməz Fransa”nın (LFI) lideri Melenşon Seçki zəfərinin ardından parlamentdə ən çox yer alan 178 millət vəkili hökuməti qurmağa hazır olduqlarının siqnalını verdilər və "Yeni Xalq Cəbhəsindən bir baş nazir olacaq",- deyə bildirib.

Hökumət olaraq milli və beynəlxalq miqyasda bir çox şeyə fərmanla qərar verə biləcəklərini ifadə edən Melenşon, kampaniya zamanı Fələstin dövlətini tanımaq sözünü bir daha dilə gətirdi və bu çərçivədə edəcəkləri işlər arasında Fələstin dövlətini tanımaq olduğunu söylədi.

Makron və solçuların ifrat sağçılara qarşı üstüörtülü şəkildə əməkdaşlıq etdikləri dünənki ikinci turda heç bir ittifaq parlamentdə hökumət qurmaq üçün tələb olunan mütləq çoxluğu əldə edə bilmədi, Makronun “Hamısı birlikdə Respublika naminə” alyansı 150 yer, ifrat sağçılar Milli Birlik alyansı 125 mandat qazanıb.

Mövsüm

Aznews.az