Cahandar Bayoğlu parlament seçkilərinə qatıldı

8 İyul 2024 22:14 (UTC+04:00)

Turan Hərəkatının başqanı Cahandar Bayoğlu parlament seçkilərində iştriak edəcək.

AzNews.az xəbər verir ki, tanınmış siyasi xadim öz namizədliyini Bakıdakı 22 saylı Nəsimi-Yasamal Seçki Dairəsindən irəli sürüb. O, imza toplama kampaniyasına başlamaq üçün sənədlərini müvafiq Dairə Seçki Komissiyasına təqdim edib.

Xatırladaq ki, Cahandar Bayoğlu Türkdilli dövlətlərin inteqrasiyasının və Qərbi Azərbaycana qayıdış prosesinin fəal təbliğatçısıdır.

AzNews.az