Sabah 39 dərəcə isti olacaq

9 İyul 2024 14:01 (UTC+04:00)

Sabah Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 21-26°, gündüz 32-37° olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 60-65%, gündüz 35-40% olacaq.