Paris prokurorluğu Marin Le Penə qarşı işi araşdırır

9 İyul 2024 15:53 (UTC+04:00)

Paris prokurorluğu Fransa prezidentliyinə namizəd və Milli Ralli parlament fraksiyasının lideri Marin Le Penə qarşı onun 2022-ci il seçki kampaniyasını qanunsuz olaraq maliyyələşdirməkdə şübhəli bilinərək məhkəmə istintaqına başlayıb.

Bu barədə BFM TV məlumat yayıb.

Prosesin başlanmasına səbəb Kampaniya Hesabatları və Siyasi Maliyyə üzrə Milli Komissiyanın (CNCCFP) 2023-cü ilin aprelində dərc edilmiş hesabatı olub.

Telekanalın məlumatına görə, komissiyanın şübhələrinə səbəb olan tək Marin Le Pen deyil, ancaq ona qarşı istintaq başladılıb.

Mövsüm

Aznews.az