Rusiya məhkəməsi Volkswagen-i 16,9 milyard rubl təzminat məbləğində cərimələyib

9 İyul 2024 20:30 (UTC+04:00)

Rusiya məhkəməsi Rusiyanın QAZ şirkətinin iddiası əsasında Almaniyanın Volksvagen şirkətinə 16,9 milyard rubl (təxminən 193 milyon dollar) təzminat cəzası kəsib.

Rusiyanın Nijni Novqorod şəhərində məhkəmədə baxılan işdə QAZ-ın Volksvagen-ə qarşı qaldırdığı iddiaya baxılıb.

Volksvagen-in QAZ-a maddi ziyan vurduğu qənaətinə gələn məhkəmə, Almaniya şirkətinə 16,9 milyard rubl təzminat cəzası kəsib.

QAZ Volksvagen-i davam edən müqavilələrdə istehsal və hissələrin daşınması ilə bağlı öhdəliklərini yerinə yetirməməkdə və bəzi müqavilələrə birtərəfli qaydada xitam verməkdə ittiham edib.

Qeyd edək ki, Volksvagen 2023-cü ilin may ayında Rusiyadakı aktivlərini bir rus şirkətinə sataraq ölkədən çıxdığını elan etmişdi.

Mövsüm

Aznews.az