NATO Ukrayna Silahlı Qüvvələrinə 10 mindən çox qadın zirehini təhvil verəcək

9 İyul 2024 21:54 (UTC+04:00)

NATO müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə (AFU) 10 mindən çox qadın bədən zirehi təhvil verəcəklər.

Bu barədə alyansın sammitində ABŞ dövlət katibi Entoni Blinken bildirib.

“Bu gün biz elan edirik ki, NATO müttəfiqləri Ukrayna Silahlı Qüvvələrində qadınlar üçün avadanlıq, o cümlədən 10 mindən çox zirehli geyim, uniforma və ayaqqabı almaq üçün 7 milyon dollardan çox vəsait ayıracaq”, – deyə Blinken qeyd edib.

Mövsüm

Aznews.az