Pakistan qırıcıları Azərbaycan Prezidentinin təyyarəsini müşayiət edib

11 İyul 2024 14:09 (UTC+04:00)

Azərbaycan Prezidentinin təyyarəsi Pakistan ərazisinə daxil olarkən qırıcılar havaya qaldırılıb.

Aznews.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında paylaşım edib.

“Pakistanın hava məkanına daxil olarkən Pakistan Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Azərbaycanın 1 nömrəli heyətini salamlayır və müşayiət edir!”, - paylaşımda deyilir.

While entering Pakistan’s airspace Pakistan Air Force fighter jets are saluting and escorting Board No1 of Azerbaijan! pic.twitter.com/2yxCFvVRxu

— Hikmet Hajiyev (@HikmetHajiyev) July 11, 2024