İraqın şimalındakı Hakurk, Qara və Pəncə-Kilid əməliyyatı bölgələrində aşkarlanan 9 PKK terrorçusu zərərsizləşdirilib.
Türkiyə Milli Müdafiə Nazirliyi bildirib ki, terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
Nazirlikdən verilən açıqlamada aşağıdakı ifadələr yer alıb:
"Gəldiklərini, qayıtdıqlarını heç kim eşitmədi. Qəhrəman Türk Silahlı Qüvvələrimiz İraqın şimalındakı Hakurk, Qara və Pəncə-kilid əməliyyatı bölgələrində aşkarladıqları 9 PKK terrorçusunu zərərsizləşdirdi. Mehmetçik harada olurlarsa olsunlar, terrorla mübarizəyə davam edəcəklər".
Mövsüm
Aznews.az