Naxçıvana maliyyə naziri təyin edilib

16 İyul 2024 13:06 (UTC+04:00)

Həsən İsmayılov Naxçıvan Muxtar Respublikasının maliyyə naziri təyin edilib.

AzNews.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədr müavini Anar İbrahimov sərəncam imzalayıb.

O, 2019-cu ildə maliyyə nazirinin müavini təyin olunub, 2023-cü ildən nazir vəzifəsini müvəqqəti icra edib.