İspaniyada pedofil materialları yaydığına görə 24 nəfər saxlanılıb

16 İyul 2024 18:03 (UTC+04:00)

İspaniya Milli Polisi yetkinlik yaşına çatmayanların cinsi istismarı ilə bağlı materialların hazırlanması, saxlanması və yayılmasına görə 24 nəfəri saxlayıb.

Bu barədə idarədən məlumat verilib.

“Milli Polis əməkdaşları pedofil materialların istehsalı, yayılması və saxlanması ilə mübarizə əməliyyatı zamanı 24 nəfəri saxlayıb. Saxlanılanlardan biri azyaşlı ilə seksual xarakterli videozənglər edib”, - idarənin saytında yerləşdirilən məlumatda deyilir.

Bu cinayətkarların tutulması istiqamətində iş aparılarkən polis 25 evdə axtarış apararaq 22 kompüter, 21 telefon, 4 planşet, 64 "Hard" disk, 32 fleş disk, 52 DVD və 6 yaddaş kartı götürüb. Bu mediada hüquq-mühafizə orqanlarının əməkdaşları azyaşlıların iştirak etdiyi sadistik pornoqrafik materiallar tapıblar.

Mösvüm

AzNews.az