II ixtisas qrupu üzrə Xırdalan məktəbinin məzunu maksimum bal toplayıb

19 İyul 2024 20:20 (UTC+04:00)

II ixtisas qrupu üzrə ən yüksək nəticəni (400 bal) Xırdalan şəhər 2 saylı orta məktəbin məzunu Novruzova Şəbnəm Ramin qızı maksimum nəticə göstərib.

AzNews.az-ın məlumatına görə, bu barədə Dövlət İmtahan Mərkəzindən bildirilib.

Qəbul imtahanında 400 bal toplayan Ş.Novruzova imtahanın birinci mərhələsində 300 bal qazanıb və hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb.