Ermənistanda MN poliqonu yaxınlığında partlayış baş verib

20 İyul 2024 23:30 (UTC+04:00)

Ermənistanın cənubunda ölkənin Müdafiə Nazirliyinin Kapan şəhərindəki poliqonu yaxınlığında partlayış baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“Hadisə Müdafiə Nazirliyinin poliqonunun ərazisində deyil, qonşu ərazidə qeydə alınıb. Ölən şəxs mülki vətəndaşdır”, - nazirlik qeyd edib.