“BiblioDrama: Oxu! Düşün! Həyatını dəyiş!”

23 İyul 2024 17:34 (UTC+04:00)

Regionlarda kitab oxumanı təşviq edən, həmçinin kitabla müzakirə üzərindən psixoloji xidmət işini nümayiş etdirən BİBLİODRAMA: Oxu! Düşün! Həyatını dəyiş!” layihəsi həyata keçirilib.

Layihə çərçivəsində Gəncə, Sumqayt, Şirvan şəhərinin müəllimləri, kitabxanaçıları və gəncləri ilə təqdimatlar və qrupşəkilli kitabla terapiyalar təşkil edilib.

Təqdimat görüşlərində təlimçi-psixoloqlar aktiv təlim texnikasından istifadə edərək müəllimləri, kitabxanaçıları insanlarda kitab oxumağa maraq yaratmağın psixoloji yolları ilə tanış etiblər. Onlar qısaldılmış variantda Mindfulness (fərqindəlik) texnikası ilə xəyalən keçmişə dönmüş, öz güclü tərəflərini aşkarlamış, daha sonra biblioterapiya tətbiqi ilə kiçik bir hekayəni oxuyaraq onun təsiri altında özlərinə məktub yazıblar. Praktik hissənin yekununda müəllimlər və kiabxanaçılar təəssüratlarını paylaşmış və bir çox özəl duyğu, düşüncə, planlarını auditoriya ilə bölüşüblər.

Sonrakı görüşlərdə psixoloq Kamil Həmidovun moderatorluğu ilə gənclər üçün qrupşəkilli kitabla terapiya təşkil edilib. Terapiyada gənclər öncə oxuduqları kiçik hekayəni müzakirə ediblər. Daha sonra onların içərisindən seçilmiş 1 nəfərlə qısa müddətli psixoloji seansı dinləyiblər. 3 cü mərhələdə isə seans zamanı eşitdikləri həyat hekayəsi ilə oxuduqları bədii hekayəni inteqrasiya edərək mini qruplarda yeni hekayələr – “demidov dialoqları” yazıblar. Yekunda isə moderotorun müşayəti hər bir hekayə “psixodrama” üsulu ilə işlənilmiş, nəticədə ssesiyaya çıxan gənc özünün aktual inkişaf probleminin həllinə yönəlik bir neçə çıxış yolları ilə tanış olmuşdur.

İctimai Birlik bu layihənin təşkilində dəstəyinə görə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, tərəfdaşlığa görə isə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə, tabeçiliyindəki Gənclər Evlərinə, Mədəniyyət Nazirliyinə, Elm və Təhsil Nazirliyinə və təşəkkür edir.

Tədbirlərdə ümumilikdə 155 nəfər iştirak edib. Dəyərləndirmə anketlərinin nəticələrinə görə isə iştrakçılarının məmnunluq səviyyəsi 71.2 % olub. Görüşlərin davamlılığının təminatı üçün 3 regional kitabla terapiya platforması, 1 vebsayt hazırlanıb istifadə verilib. Tədbirlərdə Christopher Rho adlı Koreya qəzetləri üçün “travel story”lər hazırlayan yazıçı da qonaq qismində iştirak edərək təəssüratlarını bölüçüb.

Layihə çərçivəsində görülən fəaliyyətlərlə tanışlıq və qrup terapiyalarımıza qoşulmaq istəyirsinizsə saytımızı izləyə bilərsiz: www.kitablaterapiya.az

Tədbirlərimizdən qısa video xülasə: https://www.youtube.com/watch?v=7wQ4b748g-I&list=PLPcMCFKu_sUFD2VA4lvO-zodUk3jvSYE1&index=11