Türkiyənin Bingöl vilayətində bıçaqla silahlı şəxs vətəndaşlara hücum edib, nəticədə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Bu barədə“Hürriyet” məlumat yayıb.
“Bu gün saat 13:30 radələrində narkotik aludəçisi olduğu güman edilən şəxsin kəsici alətlə hücumu nəticəsində iki vətəndaşımız həlak olub, 7-si yaralanıb”, - materialda deyilir.
Zərərçəkənlər təcili olaraq şəhər xəstəxanasına yerləşdirilib. Hücum edən şəxs saxlanılıb, araşdırma aparılır.
Mövsüm
AzNews.az