Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

27 İyul 2024 14:39 (UTC+04:00)

Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

AzNews.az xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.

Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib.