Türkiyə Milli Müdafiə Nazirliyi son açıqlamasında Suriyanın şimalında Fərat Qalxanı bölgəsində 2 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini açıqlayıb.
Terrorla mübarizə həm ölkə daxilində, həm də sərhəddən kənarda qətiyyətlə davam edir.
Türkiyə Milli Müdafiə Nazirliyinin sosial media hesabında yer alan paylaşımda aşağıdakı ifadələr yer alıb:
"Cənubumuzda terror dəhlizinin yaradılmasına imkan vermədik və verməyəcəyik. Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz Suriyanın şimalında Fərat Qalxanı bölgəsində aşkarladıqları 2 PKK/YPG terrorçusunu zərərsizləşdirdi. Proaktiv və fasiləsiz əməliyyatlarla mübarizəmizi davam etdirəcəyik”.
Mövsüm
AzNews.az