ABŞ müdafiə nazirinin bəyanatı: "İsrailə hücum edilərsə, ona kömək edəcəyik"

31 İyul 2024 18:27 (UTC+04:00)

ABŞ Müdafiə Naziri Ostin: Mən müharibənin qaçılmaz olduğunu düşünmürəm. Amma İsrailə hücum edilərsə, təbii ki, biz İsrailin müdafiəsinə kömək edəcəyik.

Filippinə səfəri zamanı media mənsubları ilə görüşdə danışan Ostin ABŞ-ın İsrailə dəstəyi ilə bağlı mesajlar verib.

Vəziyyətin bu nöqtəyə gəlməsini istəmədiklərini qeyd edən Ostin, "Bunların heç birinin olmasını istəmirik. Bu mövzuda çox çalışırıq, mövcud gərginliyi azaltmağa və problemin həllinə kömək edəcək işlər görürük”,- deyə qeyd edib.

Ostin həmçinin bildirib ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranda öldürülməsi ilə bağlı mediada əksini tapanlardan başqa heç bir məlumatı yoxdur.

Mövsüm

AzNews.az