İfrat sağçı qruplar İngiltərədə məscidi hədəfə alıblar

31 İyul 2024 18:30 (UTC+04:00)

İngiltərənin Southport şəhərində 3 uşağın öldüyü, 8-i uşaq olmaqla 10 nəfərin yaralandığı bıçaqlı hücumdan sonra ifrat sağçı qruplar şəhərdəki məscidi hədəf alıb.

İyulun 29-da Southportda baş verən hadisədən sonra şəhərdəki bir qrup Southport İslam Cəmiyyəti Məscidi qarşısında toplaşıb.

Qrup ifrat sağçı ekstremistlərin tez-tez işlətdiyi “Ölümədək Britaniya” və “Təslim olmayaq” kimi şüarlar səsləndirib, məscidə daş və kərpic atıb.

Mersisayd polisi bıçaqlı hücumun baş verdiyi yerin yaxınlığında yerləşən məscidin ətrafında sıx təhlükəsizlik tədbirləri görüb.

Mövsüm

AzNews.az