Londonda iğtişaşlardan sonra 100-dən çox adam saxlanılıb

1 Avqust 2024 09:33 (UTC+04:00)

London polisi Böyük Britaniyanın baş naziri Keir Starmerin iqamətgahı yaxınlığında, Sautport şəhərində etirazları davam etdirən genişmiqyaslı iğtişaşlardan sonra 100-dən çox adamı saxlayıb.

Bu barədə London polisi məlumat yayıb.

Metropoliten Polis Xidmətinin X sosial şəbəkəsində (keçmiş Twitter) açıqlamasında deyilir: "100-dən çox insan iğtişaşlar törətmək, fövqəladə hallar işçisinə hücum etmək və etiraz aksiyasının şərtlərini pozmaq kimi cinayətlərə görə həbs edilib".

Bir neçə polis əməkdaşının da yüngül xəsarət aldığı bildirilir.

Mövsüm

Aznews.az