Ərdoğan ilə Roma Papası Fransisk arasında telefon danışığı olub

1 Avqust 2024 18:10 (UTC+04:00)

Prezident Rəcəb Tayyib Ərdoğan Katolik Xristianların Ruhani Lideri və Vatikanın prezidenti Papa Fransisk ilə telefonla danışıb.

Görüş zamanı Ərdoğan Paris Olimpiya Oyunlarının açılışında keçirilən əxlaqsız nümayişlərin hiddət və reaksiyalara səbəb olduğunu bildirib.

Prezident Ərdoğan ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incitdiyini və bunlara birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməli olduqlarına inandığını bildirib.

Mövsüm

AzNews.az